YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim Səmədov: Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun

Bu ilin ötən dövründə qonşu dövlətlərdən ölkəmizə gələn turistlərin sayı daha çox olub. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bildirib ki, əvvəllər xarici ölkələrdən biznes məqsədi ilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir. Onun sözlərinə görə, Rusiyadan da ölkəmizə gələnlərin sayında artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb.

«Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik. Burda təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun»- deyə, nazir müavini vurğulayıb.