YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın energetika naziri TAP-ın təməlinin qoyulması mərasiminə dəvət edilib

Azərbaycanın energetika naziri Natiq Əliyevin “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirakı nəzərdə tutulub.

Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Natiq Əliyev TAP-ın təməlinin qoyulması mərasiminə dəvət olunub.

Mərasimdə Natiq Əliyevlə yanaşı bir sıra yüksəkvəzifəli şəxsin iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, uzunluğu 878 kilometr olacaq TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).