YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı nazir Cənubi Qafqaz Boru Kəmərində aparılan genişləndirmə işləri ilə tanış olub

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, energetika naziri Kaxa Kaladze və bu ölkədə səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond Cənubi Qafqaz Boru Kəmərinin Rustavi rayonu ərazisindən keçən hissəsində aparılan genişləndirmə işləri ilə tanış olublar.

Gürcüstanın Energetika Nazirliyindən bildiriblər ki, British Petroleumun “Şah Dəniz” layihəsinin 2-ci fazası çərçivəsində kəmərin ötürmə gücünün artırılması barədə britaniyalı qonağa məlumat verilib. “Şah Dəniz-2” layihəsi vasitəsilə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazının Avropaya çatdırılacağı vurğulanıb.

Qeyd olunub ki, layihənin Gürcüstan hissəsinə 2 milyard ABŞ dolları investisiya yatırılıb. Layihə işə düşdükdən sonra Gürcüstana nəql olunan təbii qazın da qiymətinin enəcəyi gözlənilir. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzərdən çıxarılan təbii qaz Azərbaycan- Gürcüstan-Türkiyə sərhədinə, oradan isə TANAP vasitəsilə Avropaya ötürüləcək.