YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanadanın “Hill International” şirkəti TAP layihəsində məsləhətçi kimi iştirak edəcək

Tikinti üzrə risklərin idarə olunmasında Kanadanın məşhur “Hill International” şirkəti “Technip S.A” şirkətinin filialı “Technipetrol Hellas S.A” şirkəti ilə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin (TAP) inşası ilə əlaqədar layihə idarə edilməsinə dəstək xidmətinin göstərilməsinə dair müqavilə imzalayıb.

Bu barədə “Hill International” şirkətinin məlumatında deyilir.

“Hill International” şirkətinin əməliyyatlar üzrə direktoru Rauf Qali deyib: “TAP enerji təchizatına və ümumilikdə Cənubi Avropanın iqtisadiyyatına böyük təsiri olan layihədir”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya nəql edəcək TAP qaz boru kəmərinin uzunluğu 878 kilometr olacaq. TAP Türkiyə ilə Yunanıstan sərhədindəki Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP layihəsi Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).