YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

Belə ki, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası aprelin 7-də saat 9.00-dan 14.00-dək Cəlilabad rayonundakı müalicə-diaqnostika mərkəzində və saat 15.00-dan 18.00-dək Biləsuvar rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. Aprelin 8-də isə saat 9.00-dan 12.00-dək Neftçala rayon ƏSMM-nin inzibati binasında və saat 13.00-dan 18.00-dək Salyan rayon ƏSMM-nin inzibati binasında qeyd olunan təbəqələrə aid insanlar protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.

Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən həmin rayonlar üzrə protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, qeyd olunan vaxtlarda və ünvanlarda Mərkəzin tibbi-texniki briqadasına birbaşa müraciət edən əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların da müvafiq xidmətlərlə təminatı həyata keçiriləcək.

Cari ildə digər bölgələrdə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidmətinin təşkili nəzərdə tutulub. 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmrə əsasən Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada tərəfindən 63 rayon və şəhərdə müvafiq şəxslərə protez-ortopedik bərpa xidmətləri göstərilib.