YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ölkəmizdə genişməzmunlu sosial proqramlar reallaşdırılır

«Azərbaycanın uğurlarının əsasında, ilk növbədə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düzgün  siyasət dayanır. Qlobal çətinliklər fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, Prezident İlham Əliyevin inkişaf siyasəti ilə bağlıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda ölkəmizdə ÜDM-in təxminən 70 faizi məhz qeyri-neft sektorunda formalaşır. Onun sözlərinə görə, uğurlu iqtisadi inkişafın səmərəliliyi, ilk növbədə, sosial problemlərin vaxtında həllini tapması, insanların rifah halının yaxşılaşması, işsizliyin və yoxsulluğun davamlı olaraq azaldılması kimi göstəricilərlə ölçülür.

«Bu mənada əminliklə deyə bilərik ki, ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi və sosial proqramların yerinə yetirilməsi siyasəti paralel şəkildə həyata keçirilir. Son illərdə respublikamızın müsbət mənzərəsi bütün ölkə miqyasında genişməzmunlu sosial proqramların reallaşdırılması ilə səciyyələnir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb, əksinə, ölkəmiz bu sahədə yeni təşəbbüslərlə çıxış edir»- deyə, R.Əliyev vurğulayıb.