YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çində səfərdədir

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb.

Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Naqif Həmzəyev, Şahin İsmayılov, habelə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədov daxildir.

Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.