YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 12 milyon manat ayrılıb

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığın başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12,0 milyon manat ayrılıb.