Xəbərlər
Əhliman Əmiraslanov: “Psixoloji yardım haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyac var

“Psixoloji yardım haqqında” yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Ə.Əmiraslanov qeyd edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyac var. Onun sözlərinə görə, bu gün dünyanın əksər ölkələrində belə bir qanun mövcuddur:
«Qeyd edim ki, qanun layihəsi üzərində də işlər davam etdirilir. Biz istəyirik ki, sənədi plenar iclasa çıxarmazdan əvvəl komitəmizin iştirakı ilə ictimai müzakirəyə, dinləmələrə çıxaraq»- deyə, komitə sədri vurğulayıb.