Xəbərlər
Şirzad Abdullayev: Sahibkarlığa Kömək Milli Fondu tərəfindən məcburi köçkün sahibkara 38,7 mln. manat güzəştli kredit verilib

"İndiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən məcburi köçkün sahibkara 38,7 mln. manat güzəştli kredit verilib". Bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
O qeyd edib ki, bu kredilər 1830 məcburi köçkün ailəsinə verilib. Ş.Abdullayevin sözlərinə görə, bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yerinin yaradılması mümkün olub.
«Hökumət tərəfindən bu istiqamətdə işlər bundan sonra da davam etdirələcək»- deyə, icraçı direktor vurğulayıb.