YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkil olunması vətəndaşların yerli məhsulları əldə etmək imkanını genişləndirir

«Bayram yarmarkaları regionlarda məhsul yetişdirən insanlar üçün də olduqca əlverişli xarakter daşıyır. Məhsul istehsalçıları heç bir çətinlik çəkmədən, hər hansı bir əngəllə rastlaşmadan məhsullarını istehlakçılara çatdırırlar. Qeyd etmək yerinə düşər ki, rayonlarımızda, şəhərlərimizdə dövlət strukturlarının bayram yarmarkaları ilə bağlı yaratdıqları nəzarət sistemi, qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması yönümündə atılan addımlar insanlarımız tərəfindən də yüksək səviyyədə qiymətləndirilir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalına göstərilən diqqət və qayğı ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatına yol açmaqla yanaşı qiymətlərin aşağıl səviyyədə qalmasına şərait yaradır. Digər tərəfdən, ölkə Prezidentinin ixracın stimullaşdırılması yönündə apardığı siyasi kurs ərzaq məhsullarının xarici bazarlara çıxışını təşviq edir: «Bu gün Azərbaycanın hər bir regionunda mütəmadi olaraq kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkil olunması  vətəndaşların yerli məhsulları əldə etmək imkanını genişləndirir. Eləcə də, regionlarda yaradılan ərzaq anbarları, soyuducular ilin bütün fəsillərində bolluq səviyyəsinin qorunub saxlanılmasına yaxından kömək göstərir. Əminəm ki, yaxın gələcəkdə ölkəmiz xarici bazarlara daha çox ərzaq məhsulları çaxaracaq ki, bu da regionlarda yaşayan vətəndaşlarımızın sosial şəraitinin daha da yaxşılaşmasında mühüm rola malikdir».