YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə, Tacqoyma günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zəngin tolerantlıq ənənələri olan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin bugünkü səviyyəsi xüsusi məmnunluq doğurur. Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda fəal əməkdaşlığımızın bariz nümunəsidir”.

Dövlət başçımızın təbrikində daha sonra bildirilir: “Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar diləyirəm”.

DİGƏR Xəbərlər Arxiv