YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan dövləti torpaqlarımız uğrunda döyüşən insanlara böyük qayğı göstərir

Bu gün «Azərbaycan Müharibə Veteranları» İctimai Birliyinin Səbail rayon təşkilatının ofisində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bir sıra ictimai birliklərin rəhbərləri ilə görüşüb. «Azərbaycan Müharibə Veteranları» İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev belə görüşün keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirib: «Bu görüşdə əsasən Qarabağ müharibəsi veteranlarının və əlillərinin, o cümlədən Əfqanıstan müharibəsi veteranlarının yaratdıqları təşkilatların rəhbərləri iştirak edir.  Sizlər vətən uğrunda döyüşən insanlarsınız. Dövlətimiz hər zaman bu kateqoriyaya diqqət və qayğı göstərir».

Görüşdə çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Azərbaycan dövlətinin hər zaman torpaqlarımız uğrunda döyüşən insanlara böyük qayğı göstərdiyini deyən S.Novruzov bu insanların işğalçılara qarşı döyüşlərdə şücaət göstərdiklərini vurğulayıb. «Müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud olan qeyri-sabitlik səbəbindən torpaqlarımızın bir hissəsini itirdik. Amma bu gün Azərbaycanın güclü ordusu yaradılıb və bu ordu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Sadəcə, dövlətimiz yenidən qan tökülməsini istəmir. Hazırda sülh danışıqları davam edir, bu danışıqlar nəticə verməsə torpaqlarımız ordumuzun gücünə işğaldan azad olunacaq»- deyə, S.Novruzov qeyd edib.

Millət vəkili deyib ki, bu katqoriyaya aid ictimai birliklərin də fəaliyyəti üçün lazımi imkanlar yaradılıb. Onun sözlərinə görə, Milli Məclisin yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsi  bu kimi təşkilatlarla sıx əməkdaşlıq edəcək: «Biz sizin təşkilatlarınızla əməkdaşlıq etməyə maraqlıyıq. Komitəmiz təkliflərinizi dinləməyə və zəruri təkliflərin müvafiq qanunlarda nəzərə alınmasına hazırdır». Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən YAP İcra katibinin müavini belə bir şəraitdə Azərbaycanda tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir: «Müəyyən qüvvələr ölkəmizdə sabitliyi pozmağa cəhd göstərsələr də, xalqla Prezidentimizin birliyi həmin qüvvələrin niyyətlərini iflasa uğradır. Əminik ki, bundan sonra da belə olacaq».

Görüşdə çıxış edən ictimai birliklərin nümayəndələri belə tədbirlərin əhəmiyyətini bildiriblər. Onlar eyni zamanda, bir sıra təkliflərlə çıxış ediblər.       

DİGƏR Xəbərlər Arxiv