YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı humanizmin parlaq nümunəsidir

«Prezident İlham Əliyev tərəfindən martın 17-də imzalanan növbəti əfv sərəncamı humanizmin parlaq nümunəsidir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu sərəncam Azərbaycan ictimaiyyəti  tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, əfv olunanlar arasında hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da var.

«Bu, bir daha onu göstərir ki, insan hüquqları məsələlri ilə bağlı yaradılmış işçi qrupunun fəaliyyəti səmərəlidir. Baxmayaraq ki, Avropa Şurasının baş katibi işçi qrup haqda yanlış mövqe nümayiş etdirdi, işçi qrupunun fəaliyyəti müsbətdir. Sonuncu əfv sərəncamının bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi də bunu sübut edir»- deyə, A.Quliyev vurğulayıb.