YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Herbert Salber: Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin inkişafına önəm verir

Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin inkişafına önəm verir. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

Bu fikri ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırıb. Mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədyarov əlavə edib ki, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının zəbt edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimadyaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində tərəfdaşlıq, “Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub. Eləcə də tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv