YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə KİV-ləri Azərbaycan Prezidentinin Ankaraya səfərini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Anadolu Agentliyi, “Sabah” və “Milliyet” qəzetləri, NTV, “TRT Haber”, “A Haber”, “Fox TV”, “Kanal A” və digər media orqanları dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanması, prezidentlərin təkbətək görüşü, müzakirə olunan məsələlərdən ətraflı bəhs edib.

Məlumatlarda ölkələrimizin bir-birini hər zaman dəstəklədiyi qeyd olunub. Azərbaycan Prezidentinin Türkiyəyə səfər etmək barədə qərar qəbul etməsi, imzalanan sənədlərin əhəmiyyəti, dövlət başçılarının mətbuata bəyanatda səsləndirdikləri fikirlər KİV tərəfindən geniş şərh edilib. “Prezident İlham Əliyev tarixi Zirvə üçün Türkiyəyə gəldi”, “Türkiyəyə böyük dəstək”, “Prezident İlham Əliyevdən Türkiyəyə böyük jest”, “Ağır günün dostu”, “Qardaş dəstəyi” kimi sərlövhələrlə yayılan məlumatlar qəzetlərin və xəbər portallarının əsas xəbərləridir. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunəvidir və sülhə, inkişafa xidmət edir.