YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı münasibətilə Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkası, ənənəvi satış bazarı və ticarət mərkəzində məhsulların qiyməti ilə maraqlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Bakı şəhərinin Xətai rayonunda təşkil olunan kənd təsərrüfatı yarmarkasında, Nərimanov rayonu ərazisində yerləşən «Yaşıl bazar»da və Yasamal rayonu ərazisində fəaliyyət göstərən «Grandmart» ticarət mərkəzində olub. Satılan malların qiymətləri ilə maraqlanan Əli Əhmədov satıcılarla söhbət edib, Novruz bayramı ərəfəsində məhsulların qiymətinin imkan daxilində aşağı salınmasını tövsiyə edib.

Baş nazirin müavini həmçsinin, alıcılarla da söhbət edib, xüsusilə istelak mallarının qiyməti ilə əlaqədar onların fikirləri ilə tanış olub. Jurnalistlərə açıqlama verən Baş nazirin müavini Əli Əhmədov hər üç yerdə satılan məhsulların qiymətlərində böyük fərqin olduğunu deyib. O bildirib ki, kənd təsərrüfatı yarmarkasında qiymətlər bazar və ticarət mərkəzləri ilə müqayisədə xeyli ucuzdur. Bakı şəhərində belə yarmarkaların sayının artırılmasının zəruri olduğunu deyən Əli Əhmədov süni qiymət artmının qarşısının alınması istiqamətində müvafiq strukturların tədbirlər gördüyünü qeyd edib. O, bu məsələnin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini vurğulayıb.