YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşəbbüsü ilə «Multikultural dəyərlər və müasir gənclik» mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzinin “Eko” parkında «Multikultural dəyərlər və müasir gənclik» mövzusunda tədbir keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, millət vəkili Rauf Əliyev və YAP GB-nın sədri Seymur Orucov iştirak ediblər.

Tədbirdən öncə gənclər Eko parkda ekskursiya ediblər və Heydər Əliyev Fondunun layihəsi olan bu parkın fəaliyyəti ilə bağlı məlumat alıblar. Tədbiri açan YAP GB-nın sədri Seymur Orucov 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «Multikulturalizm ili» elan olunduğunu bildirib. Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşıldığını qeyd edən YAP GB-nın sədri ölkəmizdə dini, irqi və etnik dözümlülüyün olduğunu, bu faktın ölkə Kostitusiyasında öz əksini tapdığını vurğulayıb.

Daha sonra geniş məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvu, millət vəkili, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gənclərlə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Millət vəkili bildirib ki, bu görüşlər yüksək dəyərlərin qorunmasında, yaşadılmasında, eləcə də ölkəmizlə bağlı həqiqətlərin faktoloji sübutlar əsasında dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. E.İbrahimov 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə siyasi sabitliyin yarandığını, 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında vətəndaşların hüquq və azadlıqlarının təsbit edildiyini, eləcə də siyasi sabitliyin fonunda iqtisadi inkişafa nail olunduğunu diqqətə çəkib.

Çıxış edən millət vəkili Şəmsəddin Hacıyev ölkəmizdə gedən inkişafı vurğulayıb və yeni infrostrukturların yaradılmasını, aparılan quruculuq-abadlıq işlərinin əhəmiyyətindən bəhs açıb. Azərbaycanın son 12 ildə böyük bir yol keçdiyini, mühşüm nailyyətlərə imza atdığını deyib.

Çıxış edən millət vəkili Rauf Əliyev bu gün ölkəmizdə fərqli millətlərin nümayəndələrinin, eləcə dini baxımdan fərqli inanca sahib insanların firavan şəkildə yaşadağını bildirib. Onun sözlərinə görə, Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymət hər kəsə bəllidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hətta ölkə xaricində belə fərqli dini inanclara mənsub müqəddəs məkanların, tarixi abidələrin qorunması istiqamətində gördüyü işlər dünya miqyasında yüksək qiymətləndirilir.