YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Sabunçu rayonunda Novruz şənliyi keçirilib

Sabunçu rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

Şənlikdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və partiyanın fəal gəncləri iştirak ediblər. 

Çıxış edənlər Novruz bayramının tarixi, qədim adət-ənənələrimiz haqqında bəhs edərək, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin bu bayrama verdiyi xüsusi önəmdən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ zamanında bu bayrama xüsusi önəm verib: “Sonralar Novruz bayramı müstəqillik əldə etmiş Azərbaycanda geniş vüsət alaraq, xalqımız tərəfindən sevinclə qeyd olunmağa başladı. Bu gün Prezident İlham Əliyev cənabları da Novruz bayramı ilə bağlı çox möhtəşəm tədbirlər planının həyata keçirilməsi üçün mühüm addımlarını atmaqdadır”.

Çıxışçılar Novruz bayramı münasibətilə gəncləri, xalqımızı təbrik edərək onlara can sağlığı, ailə səadəti arzu ediblər.Daha sonra şənlikdə bayram tonqalı yandırılıb, gənclər milli musiqilərimizin sədası altında rəqs ediblər.