YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə vətəndaşı: Prezident İlham Əliyevin Ankara səfərindən qürur duydum

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Ankaraya işgüzar səfəri Türkiyə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Bu fikri Türkiyə vətəndaşı, İstanbulda fəaliyyət göstərən “Aktif” nəşriyyatının müdiri Cəlil AltuntaşAZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Prezident İlham Əliyev hər zamankı kimi Türkiyədə böyük bir sevgi ilə qarşılandı. Türkiyə Azərbaycan Prezidentinin prinsipial məqamlarda etdiklərini heç zaman unutmayacaq. Ankaradakı terror aktı ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərinin təxirə salınması bizi çox məyus edirdi. Məhz belə bir məqamda Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsindən qurur duydum. Bu, ölkələrimizin, xalqlarımızın birliyinin, qardaşlığının bariz nümunəsidir.