YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Məmmədov: Siyasi partiyalar hesabatlarını təqdim etməsələr, qanunvericiliyə uyğun addımlar atılacaq

«Maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımlar atılacaq». Bu fikri MSK-nın sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, indiyə qədər 14 siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Onun sözlərinə görə, siyasi partiyaların hansı səbəbdən hesabat verməmələri də araşdırma mövzusudur.

«Yəni, əgər partiya qəsdən hesabat vermirsə, bu məsələnin bir tərəfidir. Əgər hesabat vermək üçün faktiki imkanları yoxdursa, bu, başqa məsələdir. Siyasi partiya maliyyə hesabatını vermirsə qanunvericilik imkanlarından tam istifadə etmək niyyətindəyik. Bunun üçün kifayət qədər qanunvericilik imkanları var. Bu halda Ədliyyə Nazirliyinə müraciət etmək imkanları var, sanksiyaların tətbiq edilməsi imkanları da mövcuddur. Əgər belə hallar təkrar olunarsa, biz qanunvericiliyin imkanlarından istifadə etmək məcburiyyətində qalacağıq»- deyə, MSK-nın sədr müavini vurğulayıb.