YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun baş katibi: Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur

Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur. Trend-in məlumatına görə, bunu ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "XXI əsrdə çoxqütblü dünyada müharibələrdən necə qaçmaq mümkündür" adlı paneldə deyib.

O, qeyd edib: "Biz BMT və xüsusilə Təhlükəsizlik Şurasında islahatlara nail olmalıyıq. Qətnamələrin icra edilməməsi probleminin həlli ilə məşğul olmalıyıq".

ISESCO-nun baş katibi onu da bildirib ki, İŞİD islam dini haqqında mənfi rəy yaratmaq, əldə olunmuş nailiyyətləri məhv etmək məqsədilə yaradılıb.