YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Forumun panel iclasında bərabərsizliyin yaratdığı təhdidlərdən söhbət açılıb

Martın 11-də IV Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Alexandr Likhotalın moderatorluğu ilə “Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?” adlı panel iclası keçirilib.

BMT baş katibinin sabiq müavini Noelen Heyzer iclasda çıxış edərək bildirib ki, dünya hazırda həmişəkindən daha zəngindir. Bu Forumda daha çox təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılır. Lakin iqtisadi bərabərsizlik də diqqətdən kənarda qalmamalıdır. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim hamımızın yaşadığı yeganə bir planetimiz var. Yoxsulluq və iqtisadi bərabərsizliyi aradan qaldırmaq üçün yeni yollar axtarılmalıdır. Milyonlarla insan çətin şəraitdə yaşayır. Dövlətlər bu sahədə müəyyən işlər görməlidirlər.

İclasda çıxış edən Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç deyib ki, dövlətlərin inkişafındakı qeyri-bərabərlik münaqişələrin əsasını təşkil edir və bu, bütün regionlara təsir göstərir. Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi, iqtisadi təsirləri olur. Biz bərabərsizliyin aradan qaldırılması yollarını tapmalıyıq. Yoxsa, bizim vahid planetimizdə daha əndişəli hadisələrin şahidi ola bilərik.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku texnologiyanın inkişafının insanlara təsirindən danışıb. İyirminci əsrin ikinci yarısında bir çox ölkələr müstəqillik barədə düşünürdülərsə, indi qlobal güclərin iqtisadi, siyasi, bəzi hallarda isə dolayısı ilə hərbi təzyiqlərinə məruz qalıb və bunlardan əziyyət çəkirlər. Dünyada indi ciddi ziddiyyətlər mövcuddur. Dövlətlər bu ziddiyyətləri aradan qaldırmaq üçün konsensusa gəlməli, təhdid və təzyiqlərə son qoymalıdırlar. Hamının bizim vahid evimiz olan Yer kürəsində dinc, firavan yaşamaq hüququ var.

Panel iclası sonra mövzu ətrafında müzakirələrlə davam edib.

 

DİGƏR Xəbərlər Arxiv