YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə Nazirliyi: Düşmən mövqeləri darmadağın edilib

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin təmas xəttinin dərinliyindəki mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 nəfərlik canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.