YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə görüşüb.

Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söylədi. Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirlə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırdı.

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mohamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə etdi. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirdi.