YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Azərbaycan dünyada qəbul edilən ölkədir

2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili elan edilməsi və Prezident İlham Əliyevin bunun iqtisadiyyat, ticarət qədər önəmli olduğunu vurğulaması Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur.

Bu fikri IV Qlobal Bakı Forumunda iştirak edən Mərmərə Strateji Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver jurnalistlərə müsahibəsində səsləndirib.

A.Suver bildirib ki, bu gün Azərbaycan təkcə regionda, türk dünyasında, Avropada deyil, dünyada qəbul edilən bir ölkədir. Bunun ən önəmli göstəricisi onun multikultiralizmə verdiyi dəyərdir.

“Çoxsaylı sabiq və hazırkı dövlət başçıları, hökumət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin də Bakı Forumunda bir araya gəlməsi Azərbaycanın yüksək etibarının göstəricisidir”, - deyə Akkan Suver əlavə edib.