YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Viktor Zubkov: Azərbaycan dövləti xalqın rifahı üçün bütün tədbirləri görür

Azərbaycanda səfərdə olarkən xalqın rifahının yüksəldilməsi istiqamətində görülən işlər, eləcə də burada müşahidə etdiyim sürətli inkişaf məni valeh etdi.

Bu sözləri IV Qlobal Bakı Forumunda iştirak edən Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkov jurnalistlərə müsahibəsində deyib.

V.Zubkov bildirib: “Hazırda neft ixrac edən ölkələr çətin dövr keçirlər. Ancaq bu çətinlik Azərbaycanda əhalinin gündəlik həyatında elə də hiss edilmir. Belə çətin vaxtda Azərbaycan dövləti və Prezident İlham Əliyev xalqın rifahı üçün bütün lazımi tədbirləri görür. Azərbaycanda xalq və iqtidar birliyi möhkəmdir. Ona görə də ölkədə həyata keçirilən bütün tədbirlər uğurla nəticələnir”.

Artıq üç gündür Bakıda olduğunu və şəhərimizi gəzə bildiyini vurğulayan qonaq dənizkənarı bulvarın onu valeh etdiyini deyib. Qeyd edib ki, belə gözəl bulvar heç bir ölkədə yoxdur. “Mən görürəm ki, insanlar, xüsusən gənclər burada istirahət edir, dincəlirlər. Həyat şərtlərinin çox çətin olduğu bir dövrdə əhalinin istirahəti üçün belə şəraitin yaradılması elə də asan məsələ deyil”, - deyə V.Zubkov vurğulayıb.