YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və İsveçrə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilib

Martın 10-da Bakıda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi xam neftin ixracının azalması səbəbindən aşağı düşüb. Bu ilin yanvarında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 2 dəfə, qeyri-neft ticarət dövriyyəsi 38 faizdən çox artıb. Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir.