YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Livan Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasında maraqlıdır

Livan Azərbaycan ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasında maraqlıdır.

Bu fikri Livanın kənd təsərrüfatı naziri Əkrəm Şehayeb Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovla görüşündə bildirib. Nazir yaxın vaxtlarda Livan tərəfi üçün maraq kəsb edən sahələrlə bağlı anlaşma memorandumu layihəsinin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilə biləcəyini diqqətə çatdırıb.

Livanın inkişaf etmiş kənd təsərrüfatı haqqında məlumat verən nazir ölkədə zeytun yağı, xurma, alma və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilər əldə edildiyini, xüsusən Livan almasının əsas ixrac məhsullarından biri olduğunu söyləyib.

Səfir A.Şükürov dünyada mövcud 11 iqlim qurşağından doqquzunun Azərbaycanda yerləşməsi sayəsində unikal təbiətə, zəngin flora və faunaya malik ölkəmizin böyük kənd təsərrüfatı potensialının olduğunu diqqətə çatdırıb. O, ölkəmizin dost Livanla bütün sahələrdə, xüsusilə də kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib.

Səfir ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa zəmin yaratmaq üçün anlaşma memorandumlarının imzalanmasının önəmini vurğulayıb.