YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon Təşkilatının yaradılmasının 23-cü ildönümünə və təşkilatın 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının yaradılmasının 23-cü ildönümünə və təşkilatın 2015-ci ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov və millət vəkili Kamaləddin Qafarov ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqdan öncə Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra YAP Binəqədi rayon Təşkilatının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Ramiz Göyüşov yığıncağı geniş hesabat məruzəsi ilə açaraq bütün qonaqları və tədbir iştirakçılarını salamlayıb. YAP-ın yaradılmasını Azərbaycan dövləti və xalqı üçün əlamətdar hadisə adlandıraraq bu tarixi günün hər il yüksək əhval-ruhiyyə ilə qeyd edildiyini söyləyib. Ramiz Göyüşov sədrlik etdiyi YAP Binəqədi rayon Təşkilatının fəaliyyətindən, 2015-ci ildə həyata keçirdiyi çoxsaylı layihələrdən söhbət açıb. Partiyanın rayon təşkilatının sədri partiya üzvlərinin bundan sonrakı fəaliyyəti dövründə də dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sədaqətli olacağını və ölkəmizin çiçəklənməsi uğrunda daim çalışacaqlarını bildirib.

Yığıncaqda geniş nitq söyləyən Eldar İbrahimov YAP-ın yaradılması tarixindən danışaraq bu partiyanın ölkəmizin keşməkeşli, ağır sınaqlara məruz qaldığı vaxtlarda təsis edildiyini vurğulayıb. Xalqın böyük inam və etimadı əsasında yaradılan YAP-ın öz siyasi fəaliyyətini dahi şəxsiyyəti Heydər Əliyevin uğurlu siyasi kursu ilə daha da inkişaf etdirdiyini və sıralarını genişləndirdiyini bildirib. Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və bu siyasətin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Yığıncaqda çıxış edən Kamaləddin Qafarov ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən danışıb. Bildirib ki, daim Azərbaycan xalqının maraq və mənafeyini qoruyan, dövlətimizin və xalqımızın çiçəklənməsi üçün var gücü ilə çalışan dövlət başçısı cənab İlham Əliyevin sayəsində Azərbaycan sürətli inkişaf edir. Kamləddin Qafarov dövlət başçısının məqsədyönlü siyasəti ilə uğurlarımızın bundan sonra da davam edəcəyini və Azərbaycanımızın öz liderliyini qoruyub-saxlayacağını nəzərə çatdırıb.

Yığıncaqda geniş nitq söyləyən Xaləddin İsgəndərov Azərbaycanda həyata keçirilən uğurlu islahatlara və ölkəmizdə mövcud olan inkişaf göstəricilərinə diqqət yönəldib. Bütün bu inkişafın ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi strategiyanın sayəsində mümkün olduğunu söylədi. Binəqədi rayonunda həyata keçirilən islahatlardan geniş bəhs edən Xaləddin İsgəndərov Azərbaycanın hər bir yerində olduğu kimi Binəqədi rayonunda da ölkə prezidentinin rəhbərliyi ilə mühüm islahatların həyata keçirildiyini vurğulayıb.

Yığıncaqda Yeni Azərbacan Partiyasının və Binəqədi rayonunun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla mükafatlandırılıb. YAP-a yenicə üzv olmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.