YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan qadını əbədi qürur mənbəyimizdir

“Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində səslənmişdir.

Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikində qeyd olunur ki,  insan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir. Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapmışdır. Xalqımızın onun cəmiyyət həyatında yaxından iştirakına münasibətinin nəticəsidir ki, Azərbaycanda qadın hərəkatının görkəmli xadimləri öz dərin zəkalarına, tükənməz potensiallarına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanmışlar.