YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strasburqda “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsi müzakirə edilmişdir

İyunun 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədarət komitəsinin iclası keçirilmişdir.

İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsi müzakirə edilmişdir.

Qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb edilir.

Sədarət komitəsi Assambleyanın prosedura qaydalarına əsasən qətnamə layihəsinin növbəti mərhələdə müzakirəsi və müvafiq qərarın qəbulu üçün AŞPA Bürosuna göndərilməsi barədə qərar qəbul etmişdir.

AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul olunacaqdır.