YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti vətəndaşların ən çox müraciət etdiyi elektron xidmətlərdən biridir.  Cari ilin fevral ayında vətəndaşlar bu e-xidmətdən 14751 dəfə faydalanıb ki, bu da əvvəlki yanvar ayı ilə müqayisədə 11,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 39,3 faiz çoxdur.

2014-cü ilin sonlarında istifadəyə verilən “İş yerinə dair arayış” ” e-xidməti elə həmin vaxtdan da  elektron arayış sistemində  mühüm yer tutur və yalnız bu arayışı almaq istəyənlər üçün deyil, bu arayışların təqdim edildiyi təşkilatlar üçün xüsusi önəm kəsb edir. “İş yerinə dair arayış” e-xidməti vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaradır. İstənilən əmək müqaviləsi ilə çalışan vətəndaşın qeyd olunan arayışı almaq üçün işlədiyi müəssisənin aidiyyəti şəxsinə müraciət etməsinə və kağız formasında arayış almasına, beləliklə, müəyyən qədər vaxt və əziyyət sərf etməsinə ehtiyac qalmır Belə ki, “Elektron Hökumət” portalında  autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçinin iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək kağız şəklində həmin quruma təqdim etmək imkanı var. Arayışın təqdim edildiyi təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilir.

Bu proses həm də bir sıra hallarda kağız formasında saxta arayışların verilməsinin, şişirdilmiş əmək haqlarının göstərilməsinin qarşısının alınmasında, ümumən kağız arayışların elektron arayışlarla əvəzlənməsində mühüm rola malikdir.

Qeyd edək ki, cari ilin 01 mart tarixinə olan məlumata əsasən vətəndaşlar istifadəyə verildiyi müddətdən “İş yerinə dair arayış” e-xidmətindən 253198 dəfə yararlanıblar.