YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında YAP Gənclər Birliyinin fəalları ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları ilə görüş keçirilib.

Əvvəlcə YAP gəncləri təşkilatın inzibati binasında yaradılmış iş şəraiti ilə tanış olublar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev tədbiri açaraq YAP Gənclər Birliyinin sıralarında Azərbaycan dövlətçiliyinə ən sədaqətli, avanqard və vətənpərvər gənclərin birləşdiyini deyib. O, bildirb ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılan YAP Gənclər Birliyi ötən 21 il ərzində şərəfli və uğurlu yol keçib. D.Rzayev Azərbaycan Veteranlar Təşkilatının gənclərin hərbi-vətərpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş apardığını vurğulayıb.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov gənclərin hər zaman yaşlı insanların, o cümlədən veteranların tövsiyələrinə ehtiyacı olduğunu bildirib. O, deyib ki, YAP Gənclər Birliyi bundan sonra yaşlı nəslin nümayəndələri ilə, xüsusilə Azərbaycan Veteranlar Təşkilatının üzvləri ilə müntəzəm olaraq görüşməyi nəzərdə tutur. Çünki bu insanların keçdiyi yol gənclər üçün örnəkdir.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə uğurlu gənclər siyasətinin keçirildiyini, eləcə də, əmək və müharibə veteranlarına yüksək dövlət qayğısının olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər iki amil dövlət siyasətinin ümumi tərkib hissəsidir. Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsinin mühüm yer tutduğunu deyən  DSMF sədri çıxışında müharibə və əmək veteranlarına dövlət qayğısı, onların pensiya təminatı haqqında geniş məlumat verib.

Tədbirin sonunda ölkənin ictimai-siyasi həyatına fəal iştirakçılarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki roluna görə bir qrup şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından «Veteran həmrəyliyi» medalı və fəxri fərmanlarla təltif olunublar.