YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və İstanbul Aydın Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir

26 Fevral 2016-cı il tarixində Azərbaycanda və dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyənin İstanbul şəhərində də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Bu tədbir Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif ölkələrində həyata keçirələn Xocalıya Ədalət kompaniyasına dəstək məqsədi ilə keçirilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və İstanbul Aydın Universitetinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə müxtəlif ölkələri təmsil edən tələbə gənclər və Türkiyənin tanınmış elm adamları, qeyri-hökümət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak etmişdir.

Anım tədbirində İstanbul Aydın Universitetinin rektoru prof. Yadigar İzmirli, İstanbul Aydın Universiteti Fənn Ədəbiyyat fakültəsinin dekanı prof. Şuayip Karakaş, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı,Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov,  YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Rəhimov və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Kənan Murtuzov çıxış etmişdilər.

Çıxış edən natiqlərin hər biri Ermənistanın Azərbaycana qarşıtəcavüzkar siyasətinin davam etməsində, işğal olunmuş torpaqların azad olunmasında, Xocalı soyqırımını törədənlərin cəzasız qalmasında müvafiq beynəlxalq təşkilatları və eləcə də, super gücləri fəalliyətsizlikdə və məsuliyyətsizlikdə ittiham etmişlər. Bu təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə Ermənistanın işğalçı və təcavüzkardövlət kimi tanınmasına baxmayaraq, hələ də, işğalın davam etməsini onlar  ATƏT-in Minsk qrupunun səmərəsiz fəalliyyəti kimi qiymətləndirmişdilər. Çıxışların hər birində Qarabağ probleminin xüsusilə də, Xocalı soyqırımının Türkiyə və Azərbaycanın ortaq problemi olduğu vurğulanmış, nə qədərişğal davam edir, hər bir Türkiyə və Azərbaycan vətəndaşınınsona qədər birgə mübarizə aparcağı qeyd edilmişdir.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş, müəllifi Nurəngiz Gün olan Xocalı Simfoniyası nümayiş etdirilmişdir. Sonda Xocalı faciəsinin qurbanlarına ehtiram olaraq müxtəlif ölkələri təmsil edən gənclərin hazırladıqları “Justice for Khojaly” flaşmob göstərilmişdir.