YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.