YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Sahil parkında Xocalı soyqırımı ilə bağlı videoçarxlar yayımlanıb

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Sahil parkında Xocalı soyqırımının mahiyyətini özündə əks etdirən videoçarxlar yayımlanıb. Videoçarxlar ermənilər tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda törədilən soyqırımdan bəhs edir.

 Videoçarxlarda erməni vəhşiliklərini əks etdirən və indiyə kimi heç bir yerdə səslənməyən faktlar, real şahidlərin ifadələri, habelə həmin dövrdə xarici mətbuat səhifələrində soyqırımla bağlı məlumatlar öz əksini tapıb. Həmçinin, faciə ilə əlaqədar kifayət qədər foto-arxiv sənədləri, o dövrdə nəşr edilmiş yerli və xarici mətbuatın məlumatları, faciənin canlı şahidlərinin fikirləri nümayiş etdirilib.

Tədbirin təşkilində əsas məqsəd isə Xocalı soyqırımının anılması, gənclərə və cəmiyyətə vətənpərvərlik hisslərinin aşılanması, bu faciənin insanlığa bir böyük ləkə olduğunu vurğulamaqdır.