YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda Xocalı Sülh mükafatı verilib

“Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin(AAC) təşkilatçılığı ilə Böyük Britaniya parlamentində müxtəlif ölkələrdən olan gənc rəssamların Xocalı soyqırımından bəhs edən əsərləri təqdim edilib.

AAC-ın direktoru Lionel Zetter sərgi haqqında məlumat verərək Xocalı soyqırımını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Britaniya parlamentinin üzvü Bob Bləkmən isə Xocalı faciəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tezliklə obyektiv hüquqi və siyasi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. Parlament nümayəndəsi Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağına və Xocalı soyqırımını törədənlərin layiqli cəza alacaqlarına əminliyini bildirib.

Parlamentin digər üzvü Mark Menzies çıxışında sərgi iştirakçılarına təşəkkürünü bildirərək bütün əsərlərin Xocalı soyqırımının təsvir edilməsi baxımından dəyərli olduğunu deyib və qalibləri təbrik edib.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlara Xocalı Sülh mükafatı təqdim olunub.

“Bir yerdə olmaq və birlikdə böyümək” (Staying together and growing together) adlı əsəri ilə kanadalı gənc rəssam Qordon Berqer birinci yeri tutub. Müsabiqədə ikinci yerə “Cənnət quşları” (Birds of Paradise) adlı əsəri ilə britaniyalı gənc rəssam Eileen Anderson, üçüncü yerə isə “İnterfeys” (Interface) adlı əsəri ilə cənubi koreyalı gənc rəssam Seunqjo Jeonq layiq görülüb.