YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Neft gəlirlərinin azalmasına baxmayaraq, sosial proqramlara ayrılan vəsait artırılıb

Fevralın 24-də Caspian European Club çərçivəsində Azərbaycan Respublikası Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin iştirakı ilə biznes-forum keçirilib.

Akademik Ziyad Səmədzadə Caspian European Clubun təşkil etdiyi biznes-forumun Azərbaycanın inkişafı və biznes mühitinin yaxşılaşmasında əhəmiyyətindən danışıb. Belə forumlar iş adamları ilə görüş və onların təkliflərinin öyrənilməsi baxımından da mühüm xarakter daşıyır. O, bu əməkdaşlığı yüksək qiymətləndirib.

Vurğulanıb ki, 2016-cı ilin dövlət büdcəsi Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən baxılıb. Neft gəlirlərinin azalmasına baxmayaraq, sosial proqramlara ayrılan vəsait artırılıb. Məsələn, dövlət büdcəsində sosial müdafiə xərclərinin 600 milyon manatdan çox artırılması nəzərdə tutulur. Sözügedən maliyyə vəsaiti ilk növbədə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, vergi daxilolmaları hesabına artacaq.

Ümumilikdə 2016-cı ilin büdcəsi respublika üçün qlobal sarsıntılar şəraitində hazırlanan ən alternativ və optimal büdcə hesab edilə bilər.

Biznes-forumda Caspian European Club (Сaspian Business Club) Azərbaycan Dövlət İqtisad Universiteti ilə və Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Həmçinin “Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC direktorlar şurasının sədri Şükür Ağazadəyə VSL Şirkətinin nümayəndələri tərəfindən yeni beynəlxalq CMC (Calibration and Measurement Capabilities - Ölçmə və Kalibrləmə İmkanları) sertifikatı təqdim edilib.