YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Birgə əməliyyat və səfər qiymətləndirilməsi” mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.

Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “Hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prosesi”, "Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanması və təhlili” və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcək.