YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Birgə Bəyannamə imzalayıblar

Fevralın 19-da Tbilisidə Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu 5-ci üçtərəfli görüşün nəticələri ilə bağlı Birgə Bəyannamə imzalayıblar.

Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin önəmi qeyd edilib. Həmçinin Azərbaycanı və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv