YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qiqi Qiqiadze: Azərbaycan, Gürcüstan və Türkiyə bir çox sahələrdə səmərəli əməkdaşlıq edirlər

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir. Biz bir çox sahələrdə səmərəli əməkdaşlıq edirik və əlbəttə ki, siyasi münasibətlərin daha da inkişafı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci görüşü tərəflər üçün çox vacibdir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze deyib. O bildirib ki, bir neçə gün əvvəl üç ölkənin nəqliyyat nazirləri görüşüb və bir sıra vacib məsələlər müzakirə ediblər. Xarici işlər nazirlərinin bugünkü görüşündə strateji tərəfdaşlığın inkişaf perspektivləri, qarşıda duran vəzifələr, həyata keçirilən layihələr müzakirə olunacaq, sonda yekun sənəd imzalanacaq.

Görüşlər başa çatdıqdan sonra hər üç nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə tanış olmaq üçün Karçaxa gedəcəklər.