YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Heç bir terror aktı qardaş türk xalqını sarsıda bilməz

«Heç bir terror aktı qardaş türk xalqını və Türkiyə dövlətini sarsıda, tutduğu haqq yolundan döndərə bilməz». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, dünyanın harasında olursa-olsun, terrorhadisələrinə heç bir halda haqq qazandırıla bilməz. Onun sözlərinə görə, Azərbaycan terroadan əziyyət çəkən bir dövlət kimi bu təhlükəni daha yaxşı anlayır.

«Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalıb. Ermənistanda terror dövlət siyasətidir. Biz bütün, o cümlədən erməni terrorunu amansızlıqla lənətləyirik və hesab edirik ki, terrorun kökü qazılmalıdır. Biz, qardaş türk xalqının yanındayıq»- deyə, M.Qasımlı qeyd edib.