YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Minsk qrupu öz missiyasını yerinə yetirmir

«Minsk qrupu heç bir halda öz missiyasını yerinə yetirmir. Minsk qrupunun həmsədrləri, təəssüflər olsun ki, AŞ PA-da da bir daha onu göstərdi ki, birtərəfli qaydada, qeyd-şərtsiz olaraq Ermənistanın yanındadır, onu müdafiə edir, Ermənistana qarşı olan hər hansı bir təzyiqin, hər hansı bir qətnamənin qarşısını almaqla məşğuldur». Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki,  bu gün Minsk qrupu açıq şəkildə Ermənistanın Azərbaycana təcavüzü məsələsinin həlli ilə bağlı məşğul olmur, əksinə, həmin problemin həllini tam şəkildə monopoliyaya alıb. 

«20 ildən çoxdur ki, bu Minsk konfransı niyə çağırılmır, Minsk qrupu nə üçün yaradılıb, bunlar nəylə məşğuldur? Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi deyə bilərəm ki, beynəlxalq qurumlarda, o cümlədən,  ATƏT Parlament Assambleyasında bu məsələni qaldırırıq. Ümumiyyətlə, biz Minsk qrupuna etimad məsələsini  qoymalıyıq. Minsk qrupu doğrudanmı, bu vasitəçiliklə nəsə bir problem həll etmək istəyir, yoxsa, əksinə problemin dondurulmasına və bütövlükdə Ermənistanın maraqlarının müdafiəsinə xidmət edir? Biz bu gün faktiki olaraq  görürük ki, Minsk qrupu, həmsədrlər Ermənistanın tam şəkildə lobbiçilik fəaliyyətini həyata keçirir. Ona görə də biz birmənalı şəkildə Minsk qrupuna etimad məsələni ortaya qoymalıyıq»- deyə, A.Quliyev qeyd edib.