YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars marşrutunda istifadə etmək üçün 30 sərnişin vaqonu gətiriləcək

Bakı-Tbilisi-Qars marşrutunda istifadə etmək üçün “Stadler Rail Group” şirkətindən 30 sərnişin vaqonunun alınması gözlənilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə ötən ilin sentyabr ayından “Stadler Minsk” zavodunda vaqonların istehsalına başlanılıb. İlk 10 vaqon 2016-cı ilin iyun-avqust aylarında Bakıya gətiriləcək.

N.Əzməmmədov bildirib ki, digər vaqonların da 2016-cı il ərzində Bakıya gətirilməsi gözlənilir. Vaqonlar 4 kateqoriyadan ibarətdir: standart, komfort, biznes və restoran. Həmin kateqoriyalardan asılı olaraq vaqonlarda 10, 20, 32 nəfərlik yer olacaq.

 

DİGƏR Xəbərlər Arxiv