YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yolu konserni təsis edəcəklər

Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmiryol idarələri Qazaxıstan, Azərbaycan və Gürcüstan əraziləri ilə Çindən Avropaya yük daşınmasını təmin edəcək dəmir yolu konsorsiumunun yaradılması barədə razılığa gəliblər. Bunu Gürcüstanda səfərdə olan Qazaxıstan Baş nazirinin müavini Bakıtjan Sagintayev bəyan edib.

Gürcüstan və Qazaxıstan hökumət idarələri nümayəndələrinin Tbilisi görüşünün əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olub. B.Sagintayev deyib: “Bu, hamı üçün çox sərfəli tranzit marşrutdur və biz hamımız belə konsorsiumun yaradılmasına ciddi maraq göstəririk”.

Xatırladaq ki, Bakıtjan Sagintayev Tbilisidən əvvəl Azərbaycanda səfərdə olub və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələsini müzakirə edib. Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərindən keçən bu dəhlizlə Avropadan Çinə artıq üç sınaq konteyner qatarı göndərilib. Yanvarın 15-də layihəyə Ukrayna da qoşulub və artıq bu marşrutla 2 yük qatarı göndərib.