YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

Gəncə artıq qitə əhəmiyyətli şəhərlərdən birinə çevrilib. Bu baxımdan şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” elan olunması təsadüfi deyil. Bununla bağlı həyata keçirilən tədbirlər sırasında “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkının inşası mühüm yer tutur.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib. Gəncənin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” olması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb.