YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun təsdiq edilməsi bu qurumun fəaliyyətinin təmin olunmasında çox mühüm addımdır

«İcbari tibbi sığorta  sistemi tətbiq edildikdən sonra ölkəmizin səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından heç bir problem yoxdur. 1999-cu ildə qəbul edilmiş qanun ötən dövrdə daha da təkmilləşdirilib.

«Bilirsiniz ki, fevralın 15-də dövlət başçısı  «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında» Fərman imzalayıb. Təbii ki, agentliyin əsasnaməsinin və strukturunun təsdiq edilməsi bu qurumun fəaliyyətinin təmin olunmasında çox mühüm addımdır. Ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələri yaradılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin də müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi üçün olan maneələr artıq aradan qaldırılıb. Bu sistem tətbiq olunduqda tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki bu sistemin tətbiqi ilə bu prosesdə iştirak edən tərəflərin də maraqları artacaq»- deyə, M.Quliyev vurğulayıb.