YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon avroya yüksəlib

İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon avroya yüksəlib.

Bu sözləri yerli mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Diplomat bildirib ki, ötən il İran Azərbaycana 350 milyon avro dəyərində məhsul ixrac edib. Bu göstəricilər iki dost dövlət arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etməsini göstərir.

Səfirin sözlərinə görə Astara gömrük-keçid məntəqəsindən hər gün təxminən 3 min Azərbaycan və İran vətəndaşı istifadə edir.