YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: “Qardaşlaşmış məktəblər” layihəsi öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olub

Ölkəmizdə “Qardaşlaşmış məktəblər” layihəsi öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olub. Bu, ayrı-ayrı ölkələrin mktəbli gəncləri arasında dostluq əlaqələrinə xidmət edir. Bu fikirləri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri  İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, yeni nəslin doğulub böyüdüyü vətənini daha yaxından tanımasına, sevməsinə, yaxın-uzaq ellərdə yaşayan həmyaşıdları ilə birbaşa dostluq ünsiyyəti qurmasına xidmət etmək əhəmiyyətli işdir.

«Bilik Fondunun dəstəyi ilə Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların birliyə aparan yolunun daha aydın və işıqlı olmasına kömək edir, böyüklərə mesaj verir ki, ümumi evimiz olan dünyamızda yalnız sülhə əsaslanmaqla ayrı-seçkiliklərə yer vermədən mehriban qonşuluqla, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə irəli getmək olar. Uşaqların istədiyi budur, məktəblərin qardaşlaşması da bu amala xidmət edir»- deyə, İ.Həbbibbəyli vurğulayıb.